Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 170 layihə icra olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu layihələrdən 33-ü yeni yaradılma, 137-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 37-si yaradılma və 46-sı genişləndirmə olmaqla, ümumilikdə 83 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 170 layihədən 151-i Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.
