Kalininqrad vilayəti yaxınlığında Baltik dənizində bu həftə ikinci dəfə ABŞ elektron müharibə təyyarəsi müşahidə edilib. Bu barədə TASS-a AB hava nəqliyyatının idarə olunmasındakı mənbə bildirib.
Agentliyin mənbəsi bildirib ki, “Gulfstream EA-37B Compass Call II təyyarəsi yenidən Kalininqrad vilayəti yaxınlığında, Baltik dənizi sahilləri yaxınlığında Polşa hava məkanında dövrə vurur”. O qeyd edib ki, təyyarəyə NATO-ya məxsus Boeing E-3A Sentry erkən xəbərdarlıq və idarəetmə təyyarəsi də müşayiət edib. Lüksemburqda qeydiyyatdan keçmiş təyyarə Polşaya Almaniyadakı Geilenkirchen hərbi bazasından gəlib.
