Avqust 22, 2026-0:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinin təbliği üçün təqdimatlar hazırlanıb

2026:08:21 - 16:00
in MƏDƏNİYYƏT
A A

Respublika Gənclər Kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin zəngin yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə yeni təqdimatlar hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, süni intellekt əsasında ərsəyə gətirilən bu təqdimatlarda Nizami Gəncəvinin məşhur “Xəmsə”sinə daxil olan poemaların ideya-bədii xüsusiyyətləri, fəlsəfi məzmunu, eləcə də mütəfəkkirin insan və cəmiyyət haqqındakı dərin düşüncələri əks olunub.

Müasir informasiya texnologiyaları vasitəsilə hazırlanan təqdimatlar klassik irsin rəqəmsal mühitdə daha əlçatan və maraqlı formada təqdim edilməsinə, xüsusilə gənc nəslin Nizami Gəncəvi yaradıcılığına marağının artırılmasına xidmət edir.

“Xəmsə”nin ilk poeması olan “Sirlər xəzinəsi” – “Şərq ədəbiyyatının qızıl qapısı”na həsr olunmuş təqdimatda əsərin mənəvi-əxlaqi və fəlsəfi mahiyyəti, insanın kamilliyə, ədalətə və mənəvi ucalığa yüksəlməsi ön plana çəkilir.

“Xəmsə”nin dünya ədəbiyyatındakı xüsusi yeri olan “İşıqlı miniatür salnaməsi” – “Xosrov və Şirin” poemasına həsr olunmuş təqdimatda sevgi, sədaqət, mənəvi seçim və insan xarakterinin kamilləşməsi kimi mövzulara diqqət yetirilir.

Nizami Gəncəvinin “Əbədi eşqin təkamülü” – “Leyli və Məcnun” poemasına həsr olunmuş təqdimat klassik Şərq ədəbiyyatının ən məşhur məhəbbət dastanlarından birinə fərqli rəqəmsal baxış təqdim edir. Burada məhəbbətin insan ruhuna təsiri, sədaqət və mənəvi bağlılıq kimi anlayışlar ön plana çıxarılır.

“Xəmsə”nin digər möhtəşəm əsəri olan “Kainatın və insan ruhunun təkamülü – “Yeddi gözəl” poemasına həsr olunmuş təqdimatda əsərin simvolik-fəlsəfi məzmunu, insanın özünü dərk etməsi və kamilliyə doğru mənəvi yolu araşdırılır. “İsgəndərnamə” poemasına həsr olunmuş “Müdrikliyə səyahət” adlı təqdimatda isə elm, bilik, ədalət, dövlət idarəçiliyi və müdriklik kimi Nizami yaradıcılığının mühüm ideyaları diqqətə çatdırılır.

Təqdimatlar kitabxananın rəsmi saytında yerləşdirilib.

Əvvəlki Yazı

Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında işçi görüşü keçirilib

Növbəti Yazı

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.