Avqust 22, 2026-0:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümə yeni tamaşalarla hazırlaşır

2026:08:21 - 17:00
in MƏDƏNİYYƏT
A A

Naxçıvan Dövlət Kukla Teatrında yeni mövsümdə tamaşaçılara təqdim olunacaq səhnə əsərlərinin hazırlanması istiqamətində teatrın yaradıcı kollektivi tərəfindən ardıcıl iş aparılır.

Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda yeni mövsüm üçün nəzərdə tutulan “Alın təri”, “Palata”, “Pələng” və “Tamahkar” adlı dörd yeni tamaşanın hazırlanması üzrə məşq prosesi davam etdirilir.

Yeni səhnə əsərlərinin repertuara daxil edilməsi teatrın yaradıcılıq imkanlarının genişləndirilməsi və müxtəlif yaş qruplarından olan tamaşaçıların maraqlarına uyğun repertuarın formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Hazırlanan tamaşalar arasında həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsərləri yer alır. Səhnə məşqləri zamanı tamaşaların bədii həlli, dramaturji quruluşu, obrazların xarakterlərinin açılması və aktyor ifasının təkmilləşdirilməsi istiqamətində iş aparılır. Rejissor və aktyor heyəti hər bir səhnənin məzmun və ideya baxımından daha dolğun təqdim olunmasına diqqət yetirir.

Teatrın özünəməxsus səhnə imkanlarından istifadə edilməklə hazırlanan tamaşalarda dekorasiya, kuklalar, musiqi, işıq və digər səhnə elementlərinin vahid bədii həll daxilində təqdim olunmasına xüsusi önəm verilir.

Uşaqlar üçün nəzərdə tutulan tamaşalarda onların yaş xüsusiyyətləri və dünyagörüşü nəzərə alınmaqla maraqlı, eləcə də maarifləndirici səhnə həllərinin təqdim edilməsi hədəflənir. Böyüklər üçün hazırlanan səhnə əsərlərində isə insan münasibətləri, həyatın müxtəlif məqamları, daha geniş mövzu və ideyalar teatr dili ilə tamaşaçıya çatdırılır.

Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümdə həm balaca tamaşaçıları, həm də böyükləri əhatə edən repertuarla çıxış etməyi planlaşdırır.

Əvvəlki Yazı

“Xüsusi qayğıya ehtiyacı olan şəxslərin mühafizəsi bizim prioritetimizdir” mövzusunda kurs-seminar keçirilib

Növbəti Yazı

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.