İran Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında və Fars körfəzinin digər sularında güclü bir iştirakı var və onları düşmənin mümkün hücumlarından qoruyacaq. Bu barədə İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin baş komandanı, kontr-admiral Şahram İrani bildirib.
“Al Mayadeen” televiziyasının məlumatına görə, İrani bildirib ki, “Donanma Fars körfəzinin boğazlarında və strateji su yollarında güclü bir mövqeyə malikdir” .
O əlavə edib ki, İslam Respublikasının donanması “İranın milli maraqlarını və Fars körfəzində təhlükəsizliyini qorumağa davam edəcək”. İrani vurğulayıb ki, İran donanması “düşmənlə bütün gücü ilə üzləşəcək və onların yaxınlaşmasına imkan verməyəcək”.
