Belarus xarici işlər naziri Maksim Rıjenkov respublikanın Helsinkidəki səfirliyini artıq ehtiyac olmadığı üçün bağladığını açıqladı.
“Çünki artıq buna ehtiyac yoxdur”, – deyə o, TASS-ın Minskin qərarının səbəbləri ilə bağlı sualını cavablandırarkən jurnalistlərə bildirib.
Belarus hökuməti əvvəllər Finlandiyadakı səfirliyini 1 sentyabr tarixindən etibarən bağlamaq qərarı vermişdi. Diplomatik nümayəndəliyin açılması ilə bağlı 2011-ci il qərarı artıq qüvvədən düşmüş hesab olunur. (Tass)
