Avqust 11, 2025-16:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü bu ay istifadəyə veriləcək

2023:12:04 - 12:54
in SOSİAL
A A

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün konstruksiyaları tamamlanıb. Hazırda körpünün yolla birləşən hissələri, piyada keçidləri, istinad divarları və mühafizə bəndləri qurulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni avtomobil körpüsünün inşasının noyabrın sonuna kimi tamamlanması nəzərdə tutulsa da, tikinti işləri dekabrın ikinci ongünlüyünə kimi davam edəcək.

İş icraçısı Musayəddin Qurbanov bildirib ki, körpünün avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissəsində işlər yekunlaşıb. Yolla birləşmələrin tikintisi başa çatdıqdan sonra körpünün hərəkət hissəsinə asfalt döşənəcək.

“Piyada keçidlərinin tikintisi də yekunlaşmaq üzrədir. İki-üç gün ərzində piyada keçidlərin məhəccərləri yerinə quraşdırılacaq. Demək olar ki, əsas işimiz yekunlaşıb. Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin tikintisini davam etdirəcəyik. İstinad divarları və bəndlər körpünün dayaqlarını sel sularından qorumaq üçüb olduqca vacibdir”, – deyə M.Qurbanov söyləyib.

İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.

Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində çalışır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Bəxtiyar Osmanov bildirib ki, körpünün tezliklə istifadəyə verilməsi üçün bütün qüvvələr səfərbər olunub: “İşlər sürətlə aparılır. Dekabr ayının ikinci ongünlüyündə körpünün istifadəyə verilməsi nəzərdə tutulur”.

Yeni körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilib. Xaçmazdan Xudat, Nabran, Yalama istiqamətinə və əksinə hərəkət edən avtomobillər müvəqqəti bu yoldan istifadə edirlər.

 

Əvvəlki Yazı

Azərbaycan dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlib

Növbəti Yazı

İrəvan və Moskva dekabrın ortalarında Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.