Fələstinin radikal HƏMAS hərəkatının yaraqlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının yaxınlığında yerləşən İsrailin kibbutz Nirim yaşayış məntəqəsinə raket zərbələri endiriblər. Müvafiq mesaj qrupun Telegram kanalında yayımlanıb.
Bundan əlavə, İzzəddin əl-Qəssam Briqadaları İsrail ordusunun Məcin şəhərinin şərqində cəmləşdiyi yerə raket hücumu təşkil etdiyini iddia edir.
Qrupun digər hesabatında isə iddia olunur ki, onun döyüşçüləri bazar ertəsi səhər saatlarından etibarən Qəzza zolağının şərqində İsrail ordusunun beş tankını və beş zirehli transportyorunu məhv etməyə müvəffəq olub.
Dekabrın 1-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağında döyüşləri bərpa etdiyini açıqlayıb. (Tass)