Azərbaycan gəncliyi Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi. Məhz həmin gənclik də azad edilmiş əraziləri quracaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev Peşələr Festivalının Bakıda keçirilən yekun tədbirində deyib.
“İnanıram ki, festivalda peşə seçən gənclərin çoxu həmin torpaqların bərpa olunmasında fəal iştirak edəcək, seçdikləri peşələrlə xalqımıza, dövlətimizə xidmət edəcəklər”, – deyə deputat bildirib.