Məişət zorakılığı halları ilə bağlı bizi narahat edən məsələlərdən biri təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasıdır.
APA xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov deyib.O bildirib ki, bu cür hallar əksər vaxtlar cinayətlə yekunlaşır. O, həmçinin qeyd edib ki, məişət zorakılığı ilə bağlı halların əksəriyyətində zərərçəkmiş tərəf qadınlar, təqsirləndirilən tərəf isə kişilər olur.