Azərbaycan 2023-cü ilin yekununda 8 milyon ABŞ dolları dəyərində şərab ixrac edəcək.
Bunu “Report”a açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
“Bu ilin 11 ayında şərab ixracının ümumi dəyəri 7 milyon ABŞ dollarını keçib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Əsas ixrac bazarımız Rusiya olaraq qalır. 11 ayda bu ölkəyə 5 milyon ABŞ dollarından çox dəyərdə şərab ixrac edilib. Hesab edirik ki, ilin sonuna qədər Azərbaycana şərab ixracından 8 milyon ABŞ dollar dəyərində vəsait daxil olacaq. Bunun da 80-85 %-i Rusiyanın payına düşəcək”, – deyə o qeyd edib.