Amerika administrasiyasının rəhbəri Co Bayden ABŞ-ın vitse-prezidenti olarkən qohumlarının biznes əməliyyatlarında mümkün iştirakı ilə bağlı məlumatları yalan adlandırıb, lakin bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.
“Mən [bunu] şərh etməyəcəyəm. Bu, sadəcə bir yığın yalandır” deyə Bayden Ağ Evdə bu mövzuda jurnalistlərin sualını cavablandırıb. O, ABŞ Konqresində çıxış edərək qanunvericiləri Vaşinqton administrasiyasının ayın sonuna qədər Ukraynaya əlavə böyük maliyyə yardımı tələbini təsdiqləməyə çağırdığı çıxışından sonra mətbuatla qısa danışıb.(Tass)