1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 191, № 6, maddə 388, № 8, maddə 534; 2002, № 3, maddə 148, № 4 (II kitab), maddə 199; 2003, № 6, maddə 342; 2006, № 5, maddə 474, № 9, maddələr 819, 830; 2008, № 2, maddə 130; 2009, № 7, maddə 604; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1356; 2016, № 4, maddə 824, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 2, maddə 306, № 4, maddə 610, № 5, maddə 994; 2019, № 9, maddə 1552; 2020, № 10, maddə 1295, № 11, maddə 1397; 2021, № 3, maddə 275, № 4, maddə 404, № 7, maddələr 871, 875, № 10, maddə 1164, № 12, maddələr 1518, 1535; 2022, № 1, maddə 74, № 8, maddə 974, № 11, maddə 1349; 2023, № 3, maddə 419) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1.6-cı yarımbəndindən “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılsın.
2. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 719; 2017, № 12 (II kitab), maddə 2514; 2020, № 4, maddə 480, № 8, maddə 1122; 2021, № 1, maddə 97; 2022, № 1, maddə 71, № 6, maddə 668, № 12, maddə 1552) 2-ci hissəsinin ikinci abzasından “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra – AMEA)” və “və ya AMEA-nın” sözləri, üçüncü abzasından “və AMEA-nı” və “və ya AMEA-nın” sözləri çıxarılsın.
3. Bu Qərar 2023-cü il sentyabrın 1-dən tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 6 dekabr 2023-cü il
№ 438Azərtac