Moskva ilə Tehran arasında əməkdaşlıq müxtəlif sahələrdə – enerjidən tutmuş təhsilə qədər inkişaf edir. Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə danışıqlar zamanı buna diqqət çəkib.
“Bizim böyük infrastruktur layihələrimiz var. Biz onları çoxdan müzakirə edirik və indi Şimal-Cənub dəmir yolunun tikintisinin praktiki həyata keçirilməsinə keçdik. Biz təbii ki, ənənəvi olaraq enerji sahəsində işləyirik”.
Putin qeyd edib ki, Moskva və Tehran təhsil sahəsində də əməkdaşlıq edir. “Təhsil sahəsində [əməkdaşlıq var] bizim çoxlu sayda iranlı tələbəmiz təhsil alır”, o deyib.
Rusiya Federasiyasının prezidenti oktyabr ayında Moskvada İran sərgisinin keçirildiyinə diqqət çəkib. “Və biz özümüz də bunun Rusiya tərəfində yaratdığı marağa təəccübləndik,” o etiraf edib. “Hökumətdəki həmkarlar deyirlər ki, izdiham var idi. Həmkarlarını ziyarət etmək, görmək və onlarla ünsiyyət qurmaq istəyən çoxdur”. (Tass)