Azərbaycan və Ermənistan hər iki tərəf tərəfindən müxtəlif vaxtlarda saxlanılan hərbi qulluqçuların mübadiləsi barədə razılığa gəliblər.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Nazirinin aparatı arasında aparılan danışıqlar nəticəsində iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün real addımların atılması barədə razılıq əldə olunub. Azərbaycan Respublikası humanizm və xoşməramlılıq jesti olaraq 32 erməni hərbi qulluqçusunu azad edir.Öz növbəsində, “Ermənistan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq iki Azərbaycan hərbçisini azad edir”. Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş Naziri Aparatının Azərtac agentliyi tərəfindən dərc edilmiş bəyanatında deyilir.