Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Ərbahim Rəisi bir gün əvvəl çox gərgin danışıqlar aparıblar. News.ru-nun TASS-a istinadən verdiyi məlumata görə, iki ölkə liderləri Fələstin-İsrail münaqişəsini və çoxşaxəli ikitərəfli tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Çox, çox gərgin danışıqlar getdi. Əsas məsələlər prezidentlərin məhdud tərkibdə keçirilən görüşün əvvəlində verdiyi bəyanatlarda öz əksini tapıb. Bu, təbii ki, Fələstin-İsrail münaqişəsi ilə bağlı fikir mübadiləsidir. Bu, həm də ikitərəfli münasibətlərdir ”, – Peskov bildirib.