İsrailin baş naziri Benyamin Netanyahu və onun administrasiyası Qəzzada soyqırıma görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də rəsmi səfərdə olduğu Yunanıstandan qayıdarkən müxbirlərinə verdiyi açıqlamada, bir daha heç kimin belə bir şey etmək fikrinə düşməməsi üçün bu hökm çox vacibdir. Ərdoğanın açıqlamaları Anadolu agentliyinə istinadən yayılıb.
“Daha əvvəl dediyim kimi, Netanyahu Qəzzanın qatili və qəssabıdır. O, Beynəlxalq Cinayət Məhkəməsində [Slobodan] Miloşeviç kimi mühakimə edilməlidir. Onun yanında hərəkət edən israilli və qeyri-israilli siyasətçilər də mühakimə olunmalıdır”. “Biz buna 3 minə yaxın vəkilin köməkliyi ilə nail oluruq” deyən Türkiyə prezidenti davam etdi: “Türkiyə xaricində bir çox ölkədən hüquqşünaslar və prokurorlar bu işi izləyirlər. Biz bu işi izləməyə davam edəcəyik. Bizim vəzifəmiz bu cinayətə son qoymaqdır. “Netanyahu və onun əlaltıları cəzalandırılmalıdır, bu, soyqırımına görə məsuliyyət daşıyanların hamısı üçün bu nümunə olacaq” – o vurğulayıb: “Bu hökm çox vacibdir ki, dinc sakinləri öldürmək, xəstəxanaları bombalamaq, bazarları atəşə tutmaq başqa heç kimin ağlına gəlməsin”. (Tass)