Beynəlxalq ictimaiyyət Qəzza zolağında hərbi əməliyyatların dayandırılması zərurətinə məhəl qoymur. Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud deyib.
Nazir Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib: “Bu münaqişənin reallıqlarından biri də odur ki, döyüşlərə son qoyulması açıq şəkildə dünya üçün əsas prioritet deyil”.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri Qəzza zolağında dərhal atəşkəs əldə etməyə, həmçinin Fələstin anklavının sakinləri üçün nəzərdə tutulan humanitar yardımın həcmini artırmağa çağırıb. O, həmçinin sektora yardım axınını məhdudlaşdıran bürokratik maneələri “qəbuledilməz” adlandırıb. (Tass)