İki aydan artıq İsrail ordusunun Qəzzada hücumlarına müqavimət göstərən Həmas Təl-Əviv rəhbərliyinə meydan oxuyaraq, gizli arsenalını yeni videosu ilə paylaşıb. “Təl-Əviv yanacaq, Qüds xilas olacaq” qeydi ilə paylaşılan videoda HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının boş sahənin ortasına gizlədilmiş çoxlu raket qurğusuna raket yerləşdirdiyi anlar çəkilib.
Həmasın- ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları rəsmi hesabındakı paylaşımda gizli arsenalını üzə çıxarıb və İsraili yüzlərlə raketlə hədələyib . “Təl-Əviv yanacaq, Qüds xilas olacaq” qeydi ilə paylaşılan videoda Qəssam döyüşçülərinin raketatanlara raket yerləşdirdiyi anlar kameralara düşüb.