İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskidən ABŞ və Çili vətəndaşı, jurnalist və bloger Qonzalo Liranın həbsi və saxlanmasını izah etməyi xahiş edib.
Mask sosial şəbəkədə yazıb: “Biz [Kiyevə] 100 milyard dollardan çox pul göndərəndən sonra Amerika vətəndaşı Ukraynada həbsxanada oturur? Bu hekayədə Zelenskini tənqid etməkdən başqa bir şey varmı? Hamısı belədirsə, deməli ciddi problemimiz var”Prezident Zelenski, lütfən, Amerika xalqına bu vəziyyət barədə məlumat verin.”
Mask bu mövzu ilə bağlı fikirlərini jurnalist Taker Karlsonun X-də dərc etdiyi məqaləyə cavab olaraq bildirib və Liranın “Zelenskini tənqid etdiyinə görə Ukrayna həbsxanasında işgəncələrə məruz qaldığını” iddia edib.
Yazda Rusiya dünya jurnalist ictimaiyyətini Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən qaçırılan Liranı müdafiə etmək üçün səsini çıxarmağa və onun dərhal azadlığa buraxılmasını tələb etməyə çağırıb. SBU may ayında Xarkovda bloggeri saxlayıb. O, Ukraynada Rusiyanın xüsusi əməliyyatına dəstək verməkdə ittiham olunub. (Tass)