Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 11-də Vaşinqtona səfər edəcək və orada amerikalı həmkarı Co Baydenlə görüşəcək. Bu barədə Ukrayna prezidentinin ofisinin saytında məlumat verilib.
“Dekabrın 11-də Vladimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başlayacaq. Ukrayna prezidenti ABŞ prezidenti Cozef Baydenlə görüşəcək, bir sıra görüşlər və danışıqlar aparacaq”, – məlumatda deyilir.
Bildirilir ki, danışıqların əsas mövzuları arasında Ukrayna ilə ABŞ arasında hərbi sahədə əməkdaşlığın davam etdirilməsi, xüsusilə silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə birgə layihələr, o cümlədən hərbi qüvvələrin səylərinin əlaqələndirilməsi olacaq.
Bundan əvvəl, Ukrayna və İsrailə, habelə Asiya-Sakit Okean regionunda (APR) Rusiya və Çinə qarşı böyük yeni yardım göstərilməsi haqqında qanun layihəsi, Baydenin xüsusi müraciət etməsinə baxmayaraq, Senatda prosedur səsverməsindən keçə bilmədi. Bayden Konqresə müraciət edərək, qanunvericiləri Milad tətilinə getməzdən əvvəl bu cür xərcləri təsdiqləməyə çağırır. (Tass)