İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha 4 əsgərini itirib. Bu barədə ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Müvafiq itkilər əsasən Qəzza zolağının cənub hissəsində qeydə alınıb. Belə ki, noyabrın sonunda quru əməliyyatı başlayandan bəri İsrail Müdafiə Qüvvələri 102 nəfəri itirib, 550-dən çox insan isə yaralanıb. (Tass)