İsrail Müdafiə Qüvvələri (İDF) İordan çayının qərb sahilinin Cenin şəhərindəki qaçqın düşərgəsinə və dövlət xəstəxanasına hücum edib. Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, İsrail hərbçiləri Cenindəki qaçqın düşərgəsini mühasirəyə alaraq bütün giriş-çıxışları ağır hərbi texnika ilə bağlayıb və ətrafdakı binaların damlarında İD snayperləri yerləşdirilib. Kanal həmçinin düşərgəyə basqın edən əsgərlərlə Fələstin müqavimət qüvvələri arasında toqquşmaların baş verdiyini bildirir.
Al Mayadeen-in qeyd etdiyi kimi, İsrail hərbi texnikası da Cenindəki Əl-Razi dövlət xəstəxanasını mühasirəyə alıb. (Tass)