ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Norveçin “Strinda” gəmisinin Yəməndə husilərin nəzarətində olan ərazidən atılan qanadlı raketlə vurulduğunu təsdiqləyib.
Komandanlığın bazar ertəsi X sosial media səhifəsində yayımlanan bəyanatında deyilir: “Dekabrın 11-də “Strinda” gəmisi Bab əl-Məndəb boğazından keçərkən Yəmənin husilərin nəzarətində olan ərazidən atılan gəmi əleyhinə qanadlı raketlə vurulub”. Strinda gəmidə yanğın olduğunu bildirib, lakin hazırda itki yoxdur, CENTCOM dəqiqləşdirir.
“Hücum zamanı yaxınlıqda heç bir Amerika gəmisi olmayıb, lakin “USS Mason” Strindanın siqnalına cavab verib və hazırda yardım göstərir”, – məlumatda deyilir.
Daha əvvəl Associated Press xəbər vermişdi ki, “Strinda” ticarət gəmisi bölgədə husi üsyançılarının hücumlarının artması fonunda Qırmızı dənizdə hücuma məruz qalıb. (Tass)