İyun 17, 2025-18:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı iclas keçirilib

2023:12:12 - 10:45
in SOSİAL
A A

Dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” nın icrası ilə əlaqədar iclas keçirilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxış edib. Bildirib ki, Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu sənəd ümumilikdə iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan məsələlərdən ibarətdir.

Baş nazir onu da diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” əsasında hazırlanmış 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulan sosial infrastruktur layihələrinin icrası məqsədilə cari il ərzində 30-dan çox satınalma elanı verilib. 27 satınalma üzrə artıq müsabiqə yekunlaşdırılıb. 18 tender üzrə artıq qalib şirkətlər müəyyən edilib. Digər satınalmalar üzrə komissiyalar tərəfindən müvafiq meyarlar əsasında qiymətləndirmə aparılır. Qalib şirkətlərlə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun şəkildə satınalma müqaviləsi bağlanılır.

İclasda aidiyyəti dövlət qurumlarına “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda 2024-cü ildə həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası üçün işlərin görülməsinə başlanması ilə əlaqədar bir sıra tapşırıqlar verilib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Əvvəlki Yazı

Mübariz Qurbanlı azad olunan ərazilərdəki məscidlərə din xadimi təyinatından danışıb

Növbəti Yazı

Azərbaycan bu il qeyri-neft-qaz sektorunda 3 %-ə yaxın artım gözləyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.