Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin administrasiyalarının birgə bəyanatına əsasən azad edilməli olan əsir götürülmüş erməni hərbçilərin yaxın günlərdə azad ediləcəyi gözlənilir. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
“Gözləyirik, bunun yaxın günlərdə baş verəcəyini gözləyirik və bunun tezliklə baş verəcəyinə ümidlə doluyuq” deyib.
Dekabrın 7-də Ermənistanın baş nazirinin dəftərxanası və Azərbaycan Prezidentinin Administrasiyası birgə bəyanat yayıb və bəyan edib ki, İrəvan və Bakı münasibətləri tənzimləmək və suverenlik prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq niyyətlərini təsdiq ediblər. Azərbaycan xoşməramlılıq əlaməti olaraq 32 erməni, Ermənistan isə iki azərbaycanlı hərbçini azad edib. (Tass)