Polşa Avropa İttifaqında öz nüfuzunu bərpa etməyə çalışacaq, eyni zamanda ABŞ-ın sadiq və etibarlı müttəfiqi olaraq qalacaq. Bu barədə ölkənin gələcək baş naziri Donald Tusk Seymdə (parlamentin aşağı palatası) əsas çıxışında bildirib.
“Polşa öz gücünə və əhəmiyyətinə görə ABŞ-ın sadiq, sabit və inamlı müttəfiqi olacaq. Polşa [blok daxilində] əməkdaşlığın gücləndirilməsi hesabına Aİ-də liderlik mövqeyini bərpa edəcək”. O əlavə edib ki, Polşa “NATO-nun əsas elementi” olaraq qalacaq.
Daha əvvəl bildirilmişdi ki, dekabrın 11-də Polşa Seyminin (parlamentin aşağı palatası) deputatları Tuskun baş nazir postuna namizədliyinin irəli sürülməsinə səs veriblər. Polşa mətbuatının məlumatına görə, Seym dekabrın 12-də yerli vaxtla saat 16:00-da ( Bakı vaxtı ilə 19:00) Tusk hökumətinə etimad səsverməsi keçirməlidir. (Tass)