Ermənistan və Azərbaycan qoşunların dövlət sərhədindən çıxarılmasını müzakirə edir, tərəflər hələlik bir qərara gəlməyiblər. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən qoşunların çıxarılması məsələsi müzakirə olunub və inşallah müzakirə olunacaq. İnanırıq ki, qoşunların çıxarılması müsbət nəticə verəcək və daha da gərginliyin qarşısını almağa kömək edəcək. Mən deyə bilmərəm ki, Yekun razılaşmamız var, bu müzakirə olunan bir fikirdir”, – deyə o bildirib. (Tass)