Ermənistan hökuməti Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki müşahidə missiyasını genişləndirmək qərarını alqışlayır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.
“Mənim hökumətim Aİ xarici işlər nazirlərinin missiyanı genişləndirmək qərarını yüksək qiymətləndirir. Mən Ermənistan hökumətinin mövqeyini təsdiqlədim ki, Ermənistan hökuməti Avropa İttifaqı ilə münasibətləri Avropa İttifaqının mümkün hesab etdiyi dərəcədə dərinləşdirməyə hazırdır”qeyd edib.
Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistanda Aİ müşahidəçilərinin sayını 138 nəfərdən 209 nəfərə çatdırmaq barədə qərar qəbul ediblər. Avropa rəsmisinin sözlərinə görə, missiyanın genişləndirilməsi Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılması vasitəsinə çevriləcək. (Tass)