May 9, 2025-19:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rəşad Məcid: “İkinci Qarabağ müharibəsi türk dünyası mediasının həmrəyliyi baxımından müstəsna əhəmiyyət daşıdı”

2023:12:14 - 14:32
in SİYASƏT
A A

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Bakı Dövlət Universiteti və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir Türk Dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn elmi konfransda çıxışı zamanı İkinci Qarabağ müharibəsinin türk dünyası mediasının həmrəyliyi baxımından müstəsna əhəmiyyət daşıdığını deyib.

“Biz müharibə günlərində Azərbaycan və Türkiyə mediasının erməni mediasının, lobbi və diaspor təşkilatlarının yalanlarına, dezinformasiyalarına qarşı müştərək fəaliyyətinin şahidi olduq. Eləcə də digər türkdilli xalqların media orqanları və birlikləri Azərbaycanın haqq işinə dəstək göstərdilər. Qətiyyətlə deyə bilərəm ki, zəfərimizin əldə edilməsində informasiya müharibəsindəki uğurun da öz payı var”, – o bildirib.

R. Məcid türk dünyasının media orqanları arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib: “Həm də ona görə ki, türk dünyası hazırda qlobal faktor kimi çıxış etməkdə, dünyada özünü təsdiqləməkdədir. Medianın da bu böyük siyasi düzənə adekvat fəaliyyət göstərməsi şərtdir”.

Mətbuat Şurasının sədri, həmçinin Şuşada keçirilmiş qlobal media forumundan danışıb: “Bu, müasir media tendensiyalarının təhlili baxımından mühüm tədbir idi. Belə konfranslar davamlı olacaq”.Report.

Əvvəlki Yazı

Milli Müdafiə Universitetinin kursantlarına birdəfəlik və aylıq ödəmələr təyin edilib

Növbəti Yazı

Xalq artisti Ramiz Məlik dəfn olunub – YENİLƏNİB-2

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.