May 10, 2025-7:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Tarixin uca zirvəsi – Heydər Əliyev

2023:12:14 - 16:19
in SİYASƏT
A A

Sumqayıt Dövlət Dram Teatrında Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarixin uca zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar teatrın foyesində təşkil olunan şagirdlərin əl işi ilə tanış olublar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Ulu Öndər Heydər Əliyevin həyat yoluna nəzər salıb, müstəqil Azərbaycanın memarının ölkənin inkişafı yolunda əvəzsiz xidmətlərindən danışıblar.

Vurğulanıb ki, Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin aparıcı sənaye mərkəzindən birinə çevrilib. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə Sumqayıt şəhərinə 16 dəfə səfər edib. Bu səfərlərin hər biri əlamətdar hadisələrlə yadda qalıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili siyasət kursu sayəsində Sumqayıt şəhəri sürətlə inkişaf edir. Dövlət başçısının Sumqayıt şəhərinə hər gəlişi, təməlqoyma mərasimlərində iştirakı, dövlət və özəl müəssisələrin açılışını etməsi, təhsil, səhiyyə, mədəniyyət ocaqların istifadəyə verilməsi şəhərin tarixində əhəmiyyətli hadisəyə çevrilir.

Tədbir məktəblilərin təşkil etdiyi geniş və rəngarəng bədii proqramla davam edib.

Əvvəlki Yazı

AzMİU beynəlxalq akkreditasiya üçün IAAR ilə əməkdaşlıq məsələsini müzakirə edib

Növbəti Yazı

Xəzər dənizində zəlzələ olub, cənub bölgəsində hiss olunub – YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.