Milli təhlükəsizlik müşaviri Ceyk Sullivan İsrailin baş naziri Benyamin Netanyahuya bildirib ki, ABŞ Fələstinin radikal HƏMAS hərəkatının saxladığı qalan girovları azad etmək üçün Qəzza zolağında İsrailin hərbi əməliyyatlarında yeni fasilə axtaracaq. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“İsraildə Ceyk [Sullivan] baş nazir Netanyahu və Müharibə kabinetinin üzvləri ilə görüşdü. Onun onlara mesajı eyni qaldı – ABŞ İsraili və onun HƏMAS-a qarşı mübarizəsini dəstəkləməyə davam edəcək. Biz qalan girovlar üçün daha bir fasilə əldə etmək üçün hər şey edəcəyik”, – Kirbi bildirib. (Tass)