Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasının döyüşçüləri son 72 saat ərzində Qəzza zolağında İsrailin 72 hərbi texnikasını sıradan çıxara bilib. Bu barədə qrupun nümayəndəsi Əbu Ubeydə bildirib, müvafiq mesaj onun Telegram kanalında yerləşdirilib.
Mesajın mətninə əsasən, İsrail Silahlı Qüvvələrinin səhra qərargahı və komanda məntəqələri, eləcə də İsrailin digər hərbi obyektləri minaatan mərmiləri və yaxın mənzilli raketlərdən istifadə edilərək hücuma məruz qalıb. (Tass)