Avqust 11, 2025-12:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ehtiyatda olan mayor: Vətən hər şeydən öndə idi…

2023:12:15 - 13:00
in SİYASƏT
A A

O, erkən yaşından həyatını hərbi işə sərf edib. C.Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Ali Hərbi Məktəbini bitirib, bir il isə Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində təhsil alıb. 10 ildən artıq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi xidmət göstərib.

“Vətən müharibəsində döyüş yolum Kəlbəcərdə Murov dağından başlayıb. Bizim tabor “Canavar qulağı” adlanan strateji əhəmiyyətli mövqenin alınması tapşırığını uğurla yerinə yetirdi. Həmin əməliyyatdan sonra Cəbrayılın kəndlərinin azadlığı uğrunda döyüşlərdə iştirak etmişəm. Son döyüşüm oktyabrın 19-da Qubadlının erməni işğalçı birləşmələrindən təmizlənməsi zamanı olub. Həkəri çayının yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən düşmənin əvvəlcədən hazırladığı mina pusqusuna düşdüm. Partlayış nəticəsində hər iki ayağımı itirdim. Şuşaya qədər irəliləmək arzum ürəyimdə qalsa da, döyüş yoldaşlarım həmin arzunu həyata keçirdilər. Haqq savaşında qalib gəldiyimizə, torpaqlarımızı erməni separatçı qüvvələrindən təmizlədiyimizə görə çox böyük qürur hissi keçirirəm”, – deyə ehtiyatda olan mayor Polad Rzayev xəyalən 2020-ci ilin payızına qayıdır.

Onun cəbhədə göstərdiyi igidlik “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocalının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Vətən müharibəsi başa çatandan sonra Polad Rzayev indiyədək 3 dəfə Şuşada, bir dəfə Qubadlıda olub. Bu yaxınlarda Bakıda, Salyan şosesində yerləşən binada iki otaqlı mənzillə təmin olunub, subaydır. Anası ilə bir yerdə yaşayır.

Dekabrın 15-də Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, birinci dərəcəli əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunub. O, keçmiş döyüşçü kimi hər cür qayğı ilə əhatə olunduğunu bildirir. Yeni il ərəfəsində avtomobillə təmin olunduğuna görə ən xoş arzularını ifadə edib.

“Mən ali hərbi təhsil aldıqdan sonra Milli Ordu sıralarında xidmət göstərmişəm. Hərbçi kimi bu torpağın hər qarışı uğrunda can verməyə hazır olmuşam. 44 günlük müharibədə də Vətən mənim üçün hər şeydən öndə idi. Bu gün də andıma sadiqəm və haradasa mənə ehtiyac duyularsa, ana Vətənin hər çağırışına hazıram”,- deyə Polad fikrinə yekun vurub.,AZƏRTAC

Əvvəlki Yazı

“Tariximizin Heydər Əliyev zirvəsi” kitabı işıq üzü görüb

Növbəti Yazı

Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.