Aİ Polşanın enerji təhlükəsizliyini qorumaq üçün ilin sonuna kimi 5 milyard avro ayıracaq. Bunu respublikanın yeni baş naziri Donald Tusk Aİ sammiti çərçivəsində Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə danışıqların yekunu üzrə deyib.
“İlin sonuna kimi biz [Aİ-dən] 5 milyard avro alacağıq- bu, bizim enerji suverenliyimiz üçün vacib puldur”, – Tusk bildirib. Avropa Komissiyasının rəhbəri, öz növbəsində, Aİ-nin Bərpa və Dayanıqlıq Fondundan blokladığı vəsaitlərin ödənilməsi üçün Polşa hökumətindən ilk müraciətin alındığını təsdiqləyib.
Financial Times-ın məlumatına görə , noyabr ayında Brüssel Aİ fondlarında Polşa üçün əvvəllər dondurulmuş vəsaitlərdən Varşavaya 5,1 milyard dollar (4,6 milyard avro) məbləğində maliyyə yardımının birinci tranşını ayırmaq qərarına gəlib. 2021-ci ildə Avropa Komissiyası büdcə xərclərinin icma üzvləri arasında bölüşdürülməsi üçün həlledici meyar olan qanunun aliliyinə Varşavanın əməl etməməsi səbəbindən Polşaya vəsaitin ayrılmasını dayandırıb. Söhbət AB büdcəsindən olan bütün vəsaitlərdən, o cümlədən pandemiyadan sonra icmaların bərpası fondundan gedir. (Tass)