Birləşmiş Ştatlar Çinin Yaxın Şərqdəki vəziyyətin həllində daha çox iştirak etməsini istərdi. Bunu ABŞ-ın Çindəki səfiri Nikolas Börns Brukinqs İnstitutunun ABŞ-Çin münasibətlərinə dair təşkil etdiyi seminarda çıxışı zamanı deyib.
Börnsə görə, o, oktyabrın 7-dən “Çin hakimiyyəti ilə əlaqə saxlayıb”. “Əlbəttə, mən onların adından danışa bilmərəm. Amma bu münaqişənin mahiyyətini məhdudlaşdırmaq üçün onların öz təsirlərindən istifadə etmələri və Yaxın Şərqdə dostlarının olması vacibdir”, – o deyib.
ABŞ-ın Çindəki səfiri Vaşinqtonun humanitar yardım üçün 100 milyon dollar ayırdığını bildirib. “Çinin töhfəsi heç bir şəkildə bizimkimizlə müqayisə edilə bilməz” deyib və Pekini “tənqid etmədiyini”, ancaq “açıq-aşkar” şeylərdən danışdığını qeyd edib.
“Məncə, Çin Yaxın Şərqdə daha çox təsir əldə etmək istəyir” deyən Burns Pekinin Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpasında vasitəçiliyini xatırladıb. “Biz bunun müsbət bir addım olduğunu düşündük, lakin belə bir böhranda münaqişəni sona çatdırmaq üçün real işə ehtiyac var və məncə, bunun üçün məsuliyyət bizim üzərimizdədir”. (Tass)