Rusiyada prezident seçkilərinə kənardan müdaxilə cəhdləri sərt şəkildə yatırılacaq. Bunu Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə deyib.
“Rusiyanın daxili işlərinə istənilən müdaxilənin qarşısı alınacaq və Rusiya qanunlarına uyğun olaraq sərt şəkildə davranılacaq. Biz xalqımızın azadlığını, suverenliyini və gələcəyini seçmək hüququnu müdafiə edəcəyik”, – Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, Rusiya Federasiyasında hakimiyyətin mənbəyi yalnız xalqdır.