Fələstinin HƏMAS hərəkatı radikallar tərəfindən əsir götürülmüş girovların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsi ilə bağlı dialoqun, razılaşmaların mərhələli şəkildə həyata keçirilməsinin mümkünlüyünü istisna etmir. Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.
“Biz ümumi [mübadilə] razılaşmalarının ayrı-ayrı hissələrə bölünməsi ilə bağlı danışıqlara qapını bağlamamışıq”, – HƏMAS rəhbərliyinin iki rəsmisi kanala deyib. Onlar qeyd ediblər ki, “vasitəçilər indi bu yanaşmada israrlıdırlar”.
Radikal hərəkat rəhbərliyinin nümayəndələri bildiriblər ki, onlar HƏMAS-ın danışıqları bərpa etməyə razılaşacağı şərtləri vasitəçilərə təqdim ediblər. Onların fikrincə, bu, “[Qəzza zolağında] hərtərəfli və qarşılıqlı atəşkəsdir”.
Qəzzada yüzə yaxın girovun İsrail tərəfinə təhvil verildiyi atəşkəsin dağılmasından sonra HƏMAS liderləri bildiriblər ki, hərəkat yalnız qalan girovların İsraildə saxlanılan bütün fələstinli məhbuslarla dəyişdirilməsi olsa, onların azad edilməsi üçün danışıqlar apara bilər. (Tass)