İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Qəzza zolağında humanitar atəşkəslə bağlı qətnaməni dəstəklədiyini bildirib.
“Ümid edirəm ki, BMT [Qəzza zolağına] humanitar yardımın daxil olmasını təmin etmək üçün ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə atəşkəs haqqında sənədi təsdiq edə biləcək. Əgər belə bir sənəd olarsa, İtaliya onu mütləq dəstəkləyəcək”, – deyə Tajani Xarici İşlər Nazirliyində İtaliya səfirlərinin konfransını açaraq bildirib.
İtaliya, 20-dən çox ölkə ilə birlikdə BMT-nin humanitar atəşkəsə çağıran əvvəlki qətnaməsinə səsvermədə bitərəf qalıb. İtaliyanın baş naziri Giorgia Meloni daha sonra bunu “balanssız” vəziyyət kimi izah etdi. O, həmçinin qeyd edib ki, orada silahlıları oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə sızaraq, sərhəd yaşayış məntəqələrinin sakinlərini qətlə yetirən və girov götürən radikal Fələstin HƏMAS hərəkatını qınayan hər hansı bir ifadə yoxdur. (Tass)