Avqust 11, 2025-21:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR-da neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar keçirilib

2023:12:18 - 18:00
in İQTİSADİYYAT
A A
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Türkiyənin terror və təhlükəsizlik sahəsi üzrə mütəxəssisləri Fahri Erenel və Abdulla Ağar tərəfindən neft sənayesi obyektlərində təhlükəsizliyin təşkilinə dair seminar keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, seminarda risklərin düzgün qiymətləndirilməsi, gələcək təhdidlərin vaxtında aşkar edilərək aradan qaldırılması və texnoloji təhlükəsizlik sistemləri barədə məlumat verilib.

Tədbirdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin, “SOCAR Downstream Management” MMC-nin, həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Seminar çərçivəsində, həmçinin “SOCAR Türkiyə” və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) təhlükəsizlik xidməti üzrə rəhbər heyəti neft sənayesi obyektlərinin mühafizəsi ilə bağlı təcrübələrini bölüşüblər.

Növbəti gün seminar iştirakçılarının Şuşa şəhərinə səfəri təşkil olunub. SOCAR-ın 44 günlük Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının ailə üzvləri və müharibə iştirakçıları da səfərdə iştirak ediblər. Şuşanın zəngin tarixi, mədəni irsi, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasının qarşısında və şəhərin digər ərazilərində aparılan quruculuq və bərpa işləri ilə tanış olan səfər iştirakçıları, həmçinin Cıdır düzündə olub, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Yuxarı Gövhər Ağa məscidini, Şuşa qalasını ziyarət ediblər.

Səfər müddətində şəhidlərin və qəhrəman ordumuzun keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Əvvəlki Yazı

Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq

Növbəti Yazı

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 19,4 mini keçib.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.