Avqust 12, 2025-3:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Kür çayının hidroloji rejimi, suyun keyfiyyəti və istifadə səviyyəsi” – BDU-da elmi seminar

2023:12:19 - 10:46
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasında “Kür çayının hidroloji rejimi, suyun keyfiyyəti və istifadə səviyyəsi” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, kafedranın doktorantı Elnur Naşıyev mövzu ilə bağlı araşdırmalarını təqdim edib. Tədqiqat obyekti kimi Kür çayının aşağı axınında yerləşən Mingəçevir, Yevlax, Zərdab, Sabirabad, Salyan, Şirvan və Neftçala şəhərləri götürülüb. Bu şəhərlərin hidroloji şəraitinin qiymətləndirilməsi və ekoloji problemlərinə dair 2000-2022-ci illəri əhatə edən məlumat toplanıb və təhlillər aparılıb.

Kürün aşağı axınında yerləşən şəhərlərdə 2000-2022-ci illər üçün sudan istifadənin öyrənilməsinin istiqaməti müəyyən edilib. Müqayisə üçün 2000-ci il və 2022-ci illərdə əhalinin sudan kənd təsərrüfatında və istehsal sahələrində nə qədər istifadə etməsi təhlil olunub.

Çöl tədqiqatları və monitorinqin nəticələrinə əsasən, Mingəçevir, Zərdab və Şirvan şəhərlərinin kanalizasiya sularının təmizlənmədən Kür çayına axıdılması onun çirklənməsi və suyunun keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Su resurslarından və ehtiyatlardan səmərəli istifadə edilməsi məqsədilə tədqiqat əraziərində regionlararası və kəndlərarası məntəqələrdə yeraltı, tullantı, kanalizasiya sularını təmizləmək məqsədilə sutəmizləmə sistemlərinin yaradılmasının məqsədəuyğun olduğu bildirilib. Seminarda tədqiqat ərazilərində sutəmizləyici qurğuların yerləşdirilməsi məqsədilə xüsusi xəritə sxeminin tərtib edilməsini vacibliyi də vurğulanıb.

Əvvəlki Yazı

Şahin Seyidzadə: “İçərişəhərdə əhali azalmayıb”

Növbəti Yazı

Bu il Bakıda 47 mindən çox şagird məktəbini dəyişib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.