Avqust 24, 2025-18:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə Azərbaycan qazandığı uğurlarla dünyada layiqli yer tutub

2023:12:19 - 13:05
in SİYASƏT
A A
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarında xalqımızın Ulu Öndəri Heydər Əliyevin 100 illiyi və dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi ilə əlaqədar tədbir keçirilib.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mülki müdafiə qoşunlarının qərargah rəisi-komandanın müavini general-leytenant Azad Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Fuad Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, elmlər doktoru Cəbi Bəhramov və Mülki müdafiə qoşunlarının şəxsi heyəti iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Dahi Rəhbərin respublikaya rəhbərliyinin ilk günlərindən başlayaraq qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində Azərbaycan böyük inkişafa nail olub.

Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursunu böyük bacarıqla davam etdirir. Dövlətimizin başçısının 20 illik fəaliyyəti dövründə Azərbaycan bütün istiqamətlərdə qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Əvvəlki Yazı

Azərbaycan ilə Serbiya arasında yeni saziş təsdiqlənib

Növbəti Yazı

Zabrat, Sabunçu və Ramana qəsəbələrində yolların əsaslı təmiri üçün 450 min manat ayrılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.