Yardım işçiləri praktiki olaraq işləyə və Qəzza zolağının şimalında əhaliyə kömək edə bilmirlər. Bu barədə BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland məlumat verib.
O, Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə, o cümlədən Fələstin məsələsinə dair iclasında deyib: “Sektorun şimal hissəsi təhlükəsizliyə, habelə İsrailin məhdudiyyətlərinə görə humanitar işçilər üçün əsasən əlçatmaz olaraq qalır”.
Wennesland qeyd edib ki, Fələstin anklavına humanitar yardımın çatdırılması “aşılmaz çətinliklərlə” müşayiət olunmaqda davam edir. “Köçkünlük və zorakılığın ağlasığmaz miqyasda olması ilə humanitar reaksiya zirvədədir. İsrailin bəzi məhdud addımları, o cümlədən daha çox yanacaq, ərzaq və məişət qazının idxalına icazə verilməsi, həmçinin Kerem Şalom keçid məntəqəsinin açılması humanitar yardım üçün müsbət tədbirlər təşkil edir. Lakin onlar humanitar fəlakətin öhdəsindən gəlməyə imkan verəcək səviyyədən çox uzaqdırlar”, – BMT-nin Xüsusi Koordinatoru əmindir.
Onun sözlərinə görə, 2023-cü il Fələstin-İsrail münaqişəsi tarixində ən pis illərdən biri kimi başa çatır. “Demək olar ki, bütün sahələrdə vəziyyət pisləşir”, o qeyd edib. (Tass)