Estoniya Xarici İşlər Nazirliyi Ukraynaya yardım, o cümlədən enerji infrastrukturunun bərpası üçün əlavə 350 min avro ayıracaq. Bu barədə XİN-in saytında dərc olunan məlumatda deyilir.
Onun sözlərinə görə, 50 min avro Ukraynada enerji infrastrukturu obyektlərinin bərpası üçün nəzərdə tutulub. Daha 300 min avro müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə humanitar yardımın göstərilməsi üçün gedəcək.
Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahknanın sözlərinə görə, Tallin “infrastrukturunu yaxşılaşdırmaq və qışdan sağ çıxması üçün [Kiyevə] pul verir”. (Tass)