Birləşmiş Ştatlar Çinin Yəmən husi üsyançılarının Qırmızı dənizdə hücumları ilə mübarizədə konstruktiv rol oynayacağına ümid edir, çünki hücumlar Pekinə zərər verir. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Onlar Çinə zərər verir, bütün ölkələrin maraqlarına zərər verirlər. Beləliklə, biz Çinin bu hücumların qarşısını almaq üçün konstruktiv rol oynamasını alqışlayardıq”, – Miller bildirib. (Tass)