İsrailin müdafiə naziri Yoav Qalant hərbçilərin Fələstinin radikal HƏMAS hərəkatının liderlərini qəbiristanlıq və həbsxanadan bəhs edərək, “layiq olduqları yerə” aparacağını bildirib. The Jerusalem Post qəzeti xəbər verir ki, o, Qəzza zolağı ilə sərhəd bölgəsində əməliyyat vəziyyətini qiymətləndirmək üçün keçirilən iclasda çıxış edib.
“[Qəzza zolağındakı] əməliyyat mərhələli şəkildə baş tutacaq və biz məqsədlərimizə çatana qədər davam edəcək. Biz dayanmayacağıq. Biz HƏMAS liderlərini layiq olduqları yerə – ya qəbiristanlığa, ya da həbsxanaya çatdıracağıq”, – nəşr Galantdan sitat gətirib. (Tass)