Gələn il yanvarın 1-dən qüvvəyə minəcək “Dövlət satınalmaları haqqında” qanuna əsasən Azərbaycanda kotirovka sorğusu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 30 000 manata qədər olduqda yalnız mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar iştirak edə biləcək.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
“Ehtimal olunan qiymət 30 000 manatdan 100 000 manatadək olduqda isə mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar bu satınalmalarda iştirak haqqı əldə edir”, – deyə məlumatda qeyd edilib.