Avqust 22, 2025-12:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Zaur Əliyev: “TƏBİB-in müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır”

2023:12:20 - 13:09
in SOSİAL
A A

TƏBİB-in idarə etdiyi tibb müəssisələrinin rəqabətədavamlılığı əhəmiyyətli dərəcədə artırılmalı, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi yardımın göstərilməsində əsas yük TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə düşür: “Buna görə də TƏBİB-lə qarşılıqlı əməkdaşlıq etməkdə, bir məqsədə xidmət edərək – əhalinin vaxtında, keyfiyyətli xidmətlə təmin edilməsində, vətəndaşların səhiyyə ilə bağlı xərclərinin azaldılmasında maraqlıyıq”.

“Qoyulan hədəflərə çatmaq üçün bu gün səmərəli əməkdaşlıq edirik. Agentlik dövlət tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması istiqamətində TƏBİB-ə dəstək göstərir. Ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanandan bu günədək Agentlik tərəfindən dövlət tibb müəssisələri üçün 400 milyon manatdan çox məbləğdə yeni cihaz, avadanlıq, müxtəlif dərman vasitələri, 349 sayda təcili tibbi yardım avtomobili alınıb. Dövlət səhiyyə sisteminə aid tibb müəssisələrində idarəetmənin və tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərə göstərdiyimiz dəstək bundan sonra da davam edəcək”, – Z.Əliyev əlavə edib.

Əvvəlki Yazı

Reuters: Qəzzada yeni atəşkəsin mümkünlüyü danışıqların bir hissəsi kimi fəal müzakirə olunur

Növbəti Yazı

Baş Prokurorluqda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.