Qətər və Misirin vasitəçiliyi ilə Qəzza zolağında ikinci atəşkəsin mümkünlüyü ilə bağlı intensiv danışıqlar aparılır. Bu barədə danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər yeni atəşkəs çərçivəsində Fələstinin radikal HƏMAS hərəkatının İsrailin fələstinli məhbusları azad etməsi müqabilində bəzi israilli girovları geri qaytarması ehtimalını müzakirə edir. Azad edilməli olan şəxslərin sayı hələ də müzakirə olunur. (Tass)