İspaniya hökumətinin başçısı Pedro Sançes hesab edir ki, ölkə parlamenti nəzəri cəhətdən 2027-ci ilə qədər davam etməli olan hazırkı səlahiyyət müddətində Fələstinin tanınması məsələsini nəzərdən keçirməlidir.
Baş nazirin Deputatlar Konqresində (parlamentin aşağı palatası) çıxışında dediyi kimi, “ciddi sülh perspektivi” Yaxın Şərqdə “İsrail dövləti ilə sülh və təhlükəsizlik şəraitində yaşayan Fələstin dövlətinin mövcudluğunun tanınması” nəzərdə tutulur. “Düşünürəm ki, səlahiyyət müddətinin müəyyən nöqtəsində biz Fələstin dövlətinin tanınması məsələsini də müzakirə etməli olacağıq” deyib Sançes.
Bundan əvvəl hökumət başçısı artıq beynəlxalq ictimaiyyətin Fələstini tanımasının vaxtının çatdığını bildirib. (Tass)